Fəlakət belə baş verib: Klubdakı yanğının anbaan görüntüləri
    • 4-04-2024, 09:13
    • 155

Fəlakət belə baş verib: Klubdakı yanğının anbaan görüntüləri

Ötən gün Beşiktaş Gayrettepedə 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən əyləncə mərkəzinin təmiri zamanı yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın zamanı 29 nəfər həlak olub. Hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya hadisə ilə bağlı iki müfəttiş tərəfindən aparılan inzibati araşdırmanın bir çox istiqamətlərdə davam etdiyini açıqlayıb.

Yerlikaya paylaşdığı görüntülərlə bağlı bunları deyib: "Yanğının ilk görüntüləri bir daha ürəyimizi parçaladı. Allah həyatını itirənlərə rəhmət eləsin, ailələrinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfalar diləyirəm”.

Günel Məlikzadə