Putindən müstəqil Fələstin dövləti haqqında mesaj
    • 24-10-2024, 20:14
    • 558

Putindən müstəqil Fələstin dövləti haqqında mesaj

Bu gün Rusiya Federasiyasının tabeliyində olan Tatarıstanın paytaxtı Kazanda keçirilən BRİKS sammitinin sonuncu iclası keçirilir.

News24.az xəbər verir ki, liderlər əvvəlcə ailə şəkli çəkdiriblər. Daha sonra görüşlərdən əvvəl Rusiya prezidenti Vladimir Putin çıxış edib.

“Qeyri-qanuni sanksiyalar və valyuta manipulyasiyaları var”, - Putin deyib.

Çıxışında Ukrayna müharibəsinə də toxunan Putin, Ukraynanın Rusiya üçün strateji təhlükə yaratmaq üçün istifadə edildiyini ifadə edərək, “Onlar Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar, bunlar xəyali hədəflərdir”, deyə əlavə edib.

Putin Qəzzadakı münaqişənin Livana da sirayət etdiyini, İran və İsrail arasındakı münaqişənin Yaxın Şərqi müharibə həddinə çatdırdığını bildirib.

Rusiya lideri "Yaxın Şərqdə zorakılıq dayandırılmalıdır. Həll yolu müstəqil Fələstin dövlətinin qurulmasına əsaslanmalıdır" deyib.

BRİKS Rusiya, Hindistan və Çin arasında keçirilən görüşlərdən yaranan və Qərbə alternativ yaratmağı hədəfləyən iqtisadi birlikdir. Qrup daha sonra Braziliya, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin iştirakı ilə üzvlərinin sayını 10-a çatdırıb.

Günel Məlikzadə