-
- 11-10-2023, 01:17
- 365
Putindən Fələstin və İsrailə ÇAĞIRIŞ
Rusiya Prezidenti Vladimir Putin Fələstin-İsrail münaqişəsində tərəfləri mülki əhaliyə dəyən ziyanı minimuma endirməyə çağırıb.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri o, İraqın Baş naziri Məhəmməd əs-Sudani ilə Moskvada görüşü zamanı söyləyib.
V.Putin bildirib ki, Fələstin-İsrail böhranı ABŞ siyasətinin tam uğursuzluğundan xəbər verir. Rusiya lideri təəssüflə qeyd edib ki, münaqişə illəri ərzində hər iki tərəfin güzəştə getməsinə nail olunmayıb, hər dəfə tərəflərə təzyiqlər göstərilməklə kifayətlənilib.
RF Prezidenti müstəqil Fələstin dövlətinin yaradılması barədə BMT Təhlükəsizlik Şurasının qərarının yerinə yetirilməsinin vacibliyini də diqqətə çatdırıb.