Fırtına can almağa davam edir: 24 nəfər öldü
    • 24-10-2024, 21:15
    • 294

Fırtına can almağa davam edir: 24 nəfər öldü

Filippində mətbuatda yayılan xəbərlərə görə, fırtına nəticəsində yağan yağış, daşqın və torpaq sürüşməsi ölkənin şimal-şərqində müxtəlif ştatlarda həyata mənfi təsir edib.

News24.az xəbər verir ki, səlahiyyətlilər, ən azı 24 nəfərin öldüyünü deyiblər.

Daşqınlar, torpaq sürüşmələri səbəbiylə şəhər və kəndlərə çatmağın çətinliyinə diqqət çəkərək, ölənlərin sayının artacağının gözləndiyini bildirib. Daşqın səbəbindən çox sayda avtomobil yollarda sürüklənərkən, vətəndaşlar evlərin damında qalıb.

Səlahiyyətlilər Luzon adasında məktəblərin və hökumət binalarının 2 gün bağlı qalacağını açıqlayıb.

Hökumət 2 milyondan çox insanın fırtınadan təsirləndiyini, o cümlədən 75,400 kəndlinin evlərini tərk edərək təhlükəsiz yerlərə sığındığını bildirib.

Günel Məlikzadə