Daşqın və torpaq sürüşməsi: Ölənlər var
    • 14-06-2024, 23:20
    • 359

Daşqın və torpaq sürüşməsi: Ölənlər var

Hindistanın turizm mərkəzi olan əyalətinin şimalında son günlər təsirli olan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.

News24.az xəbər verir ki, Teesta çayının daşması nəticəsində 50-yə yaxın ev qismən zədələnib və ya dağılıb. Körpülərə və yollara da ciddi ziyan dəyib.

Səlahiyyətlilər 6 nəfərin həyatını itirdiyini bildirib. Torpaq sürüşməsi yolları bağladığı və körpüləri zədələdiyi üçün təxminən 2400 turist ştatın müxtəlif turistik yerlərində qapalı qalıb.

Yolların açılması üçün qrupların başlatdığı işlər davam edir.

Günel Məlikzadə