-
- 17-05-2022, 14:42
- 511
Hindistanda daşqın 8 nəfərin həyatına son qoyub
Hindistanın Assam əyalətində daşqınlar nəticəsində 8 nəfər ölüb.
News24.az İHA-ya istinadən xəbər verir ki, Hindistanın şimal-şərqindəki Assam əyalətində aramsız yağan yağışlar səbəbindən daşqınlar baş verib. Seldə 8 nəfər həyatını itirərkən, bir çox yaşayış məntəqələrinə də ziyan dəyib.
Assam Dima Hasao bölgəsinin rəsmisi sel səbəbiylə bölgədə qatar xidmətlərinin fəaliyyət göstərmədiyini, sel və torpaq sürüşmələri səbəbiylə bölgədə yaşayan 200 min insanın əyalətə girib-çıxmasının qarşısı alındığını açıqlayıb.
Hindistan Meteorologiya Departamenti güclü yağışların qarşıdakı 4 gün ərzində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Hindistanın Uttarakhand əyalətində 2020-ci ildə baş verən daşqın nəticəsində 200 nəfər ölmüşdü.