-
- 25-10-2024, 09:59
- 285
Azərbaycanda dönərin qiyməti bahalaşacaq - SƏBƏB BƏLLİDİR
Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb.
News24.az xezerxeber-ə istinadla xəbər verir ki, aktı Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb.
Məqsəd yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunması, eyni zamanda bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim olunub.
Yeni qaydalarda çiy dönər ətinin emalına dair ümumi gigiyena tələbləri ilə yanaşı, xüsusi tələblər də öz əksini tapıb.
Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri İradə Hüseynli bildirib ki, çiy dönərin hazırlanmasında istifadə olunan ətlərlə bağlı da yeni tələblər hazırlanıb.
İqtisadçı Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, dönərlə bağlı yeni standartların müəyyənləşdiriləsi öz növbəsində dönərin də qiymətinə təsir göstərəcək.
Vətəndaşların dönərin keyfiyyəti ilə bağlı fikirləri isə birmənalı deyil.