-
- 25-10-2024, 12:30
- 272
Səhiyyə Nazirliyi 100 minlik avtomobillər alır
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə mübarizə mərkəzi yeni xidməti avtomobillər alır.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, 3 ədəd Sedan tipli avtomobillərin alınması nəzərdə tutulub.
Nazirlik sözügedən avtomobillərin alınmasına 101 505 manat vəsaitin sərf olunacağını proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan Respublikasında insanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə (İİV infeksiyası) mübarizə üzrə xüsusiləşdirilmiş diaqnostika laboratoriyası 1987-ci ildə Elmi-Tədqiqat Hematologiya İnstitutunun nəzdində yaradılıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bazasında ikinci İİV diaqnostika laboratoriyası fəaliyyətə başlayıb. Bu laboratoriya Səhiyyə Nazirliyinin 17.11.1989-cu il tarixli əmri ilə yaradılan Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə (QİÇS-lə) Mübarizə və Profilaktika Mərkəzinin bazasını təşkil edib. İİV-ə yoluxmuş ilk Azərbaycan vətəndaşı 1992-ci ildə Bakı şəhərində qeydə alınıb. Sonralar isə ölkənin digər regionlarında xəstələrin sayının artması ilə əlaqədar 10 regionda İİV diaqnostika laboratoriyası yaradılıb. Regionlardakı İİV diaqnostika laboratoriyalarına nəzarətin gücləndirilməsi və onların işinin Mərkəzlə uzlaşması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 11.03.2011-ci il tarixli əmr imzalanıb. Həmin əmrlə bu laboratoriyalar Mərkəzin tabeliyinə verilib.