Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yeni direktor təyin edildi
    • 2-09-2021, 17:48
    • 550

Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yeni direktor təyin edildi

Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktor vəzifəsinə təyinat olub.

News24.az xəbər verir ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə Famil Məmmədov gətirilib.

Bu təyinata qədər həmin vəzifənin səlahiyyətlərini icra edən Esmira Alməmmədova öz ərizəsi ilə işdən çıxıb.