Polis məntəqəsinə hücum edildi: Polislər həlak oldu
    • 25-10-2024, 14:02
    • 422

Polis məntəqəsinə hücum edildi: Polislər həlak oldu

Pakistanın Dera İsmayıl Xan şəhərinin şimal-qərbində, Əfqanıstanla sərhədə yaxın ərazidə yerləşən polis məntəqəsinə Pakistan T*libanı (TTP) tərəfindən hücum təşkil edilib.

News24.az xəbər verir ki, təxminən 20-25 hücumçu ilə polis arasında qarşıdurma yaranıb. Ən azı 10 sərhəd polisinin həyatını itirdiyi açıqlanıb.

Pakistan T*libanı hücumun yüksək rütbəli lider Ustad Qureşinin öldürülməsinə cavab olduğunu açıqlayıb.

Onu da qeyd edək ki, polis məntəqəsinə hücum Pakistanın şimal-qərbdə silahlı hücumların yenidən artması və cənubda artan etnik separatçı üsyanla mübarizə apardığı bir vaxtda həyata keçirilib.

Günel Məlikzadə