Pakistanda bombalı hücum
    • 26-03-2024, 16:12
    • 124

Pakistanda bombalı hücum

Pakistanın şimal-şərqindəki Hayber Paxtunxva əyalətinin Şanqla bölgəsində törədilən bombalı hücum hadisəsi baş verib.

News24.az xəbər verir ki, Şanqlada polis məmuru Bakhat Zahir hücumla bağlı açıqlama verib.

Zahir bildirib ki, hücum partlayıcı ilə dolu avtomobilin başqa bir avtomobilə çırpılması zamanı həyata keçirilib.

Hücum nəticəsində 5 çinli sərnişinlə yanaşı, nəqliyyat vasitəsinin sürücüsünün də həlak olduğunu bildirən Zahir sərnişinlərin inşaat işçiləri və mühəndislər olduğunu bildirib.

Günel Məlikzadə