Silahlı hücum: 12 polis həyatını itirdi
    • 23-08-2024, 22:40
    • 597

Silahlı hücum: 12 polis həyatını itirdi

Pakistanın şimal-şərqində silahlı şəxslərin konvoya hücumu nəticəsində 12 polis məmuru həyatını itirib, 6-sı yaralanıb.

News24.az Geo News televiziyasında yer alan xəbərə istinadən bildirir ki, Pəncab əyalətinin Rəhimyar Xan bölgəsində çayın kənarından keçən polis karvanına raket və ağır silahlarla hücum edilib.

Polis rəsmilərinin mətbuata verdiyi açıqlamaya görə, iki dəstə maşınında olan 20-dən çox polis əməkdaşı pusquya salınıb.

Silahlı şəxslərin hücumu nəticəsində 11 polis əməkdaşı həyatını itirib, 7-si yaralanıb, yaralananlardan biri isə sonradan dünyasını dəyişib.

Qeyd edək ki, hücumun baş verdiyi ərazidə uzun müddətdir silahlı dəstələrin fəaliyyət göstərdiyi məlum olub. Təhlükəsizlik qüvvələri bu qrupları dağıtmaq üçün çoxlu hərbi əməliyyatlar həyata keçirib.

Günel Məlikzadə