Çayı belə içənlərin DİQQƏTİNƏ - xərçəngə səbəb olur
    • 25-10-2024, 23:26
    • 4 222

Çayı belə içənlərin DİQQƏTİNƏ - xərçəngə səbəb olur

Dünyada milyonlarla insanın əvəz edilməzi olan çay, ləzzətli bir içki olmaqla yanaşı, ciddi sağlamlıq risklərinə də səbəb ola bilər. Mütəxəssislər bir çox insanın çayı düzgün istehlak etmədiyini bildirib və yanlış vərdişlərin həyati təhlükəsi olan vəziyyətlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

News24.az xəbər verir ki, yanlış temperaturda çay içilməsinin xüsusilə qırtlaq və yemək borusu kimi həssas bölgələrdə xərçəngə səbəb ola biləcəyi üzə çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-cı ildə dərc etdiyi hesabatda 70 dərəcədən yuxarı temperaturda istehlak edilən içkilərin kanserogen ola biləcəyini bildirib. Xüsusilə İran və Çin kimi isti çay istehlakının çox olduğu bölgələrdə aparılan araşdırmalar göstərib ki, bu vərdiş yemək borusunda xərçəngə səbəb olan hüceyrə zədələnməsi riskini artırır.

Mütəxəssislər həddindən artıq isti çayın bir az soyudulsa belə, zamanla xərçəngə səbəb ola biləcəyini vurğulayaraq, bu risklərin qarşısını almaq üçün çayın 60 dərəcəyə qədər soyumasını gözləmək lazım olduğunu bildiriblər.

Məryəm İlhamqızı