Rusiyalı müğənni 42 yaşında ana oldu
    • 26-10-2024, 11:45
    • 423

Rusiyalı müğənni 42 yaşında ana oldu

“Fabrika” qrupunun keçmiş üzvü, rus estrada ulduzu Sati Kazanova 42 yaşında ilk dəfə ana olub.

News24.az OLAY-a istinadən yazır ki, sənətçi oktyabrın 23-də çoxdan gözlənilən qız övladını dünyaya gətirib. 

Valideyn olan Sati bu haqda instaqram səhifəsində məlumat yayıb. 

“23/10/2024. Çoxdan gözlənilən qızımız dünyaya gəldi. Deyirlər ki, insanın bu dünyaya necə və hansı şəraitdə gələcəyini tale əvvəlcədən müəyyənləşdirir... Hər şey çox gözəl, yumşaq, müqəddəs baş verdiyi üçün körpəmizi, yəqin, elə bu qismət öpüb. Mən həmişə körpəmin evdə doğulmasını arzulamışam. Ancaq hamiləliyin gec və çox qiymətli olduğunu anlayaraq, istədiyimiz atmosferi yaratmaq mümkün olan şərtləri seçdik və ən əsası, bu eyni orqanik doğuşa uyğunlaşdırılmışdır. Təbii ki, həkimlərin nəzarəti və verdiyi məsləhətlərə əməl edərək”. 

S.Kazanova qeyd edib ki, hər şey xəyal etdiyindən də yaxşı baş verib. Müğənninin əri Stefano da doğumda iştirak edib və onu bu çətin anında yanından ayrılmayıb. 

“Hər şey istədiyimdən də gözəl oldu. Bir neçə dəqiqə ərzində doğum bloku şamlar, çiçəklər və müqəddəs mantraların səsi ilə bir növ məbədə çevrildi... Ərim Stefano da yanımda idi. Doğuş zamanı həkimlər məni diqqət və həssaslıqla müşayiət etdilər”.