170 metr hündürlüyündə asteroid dünyaya yaxınlaşır- NASA
    • 1-10-2018, 18:21
    • 992

170 metr hündürlüyündə asteroid dünyaya yaxınlaşır- NASA

NASA verdiyi açıqlamada 170 metr hündürlüyündə asteroidin dünyaya yaxınlaşdığını amma dünyaya toxunmadan yanından keçəcəyini bildirib.

 News24.az xəbər verir ki, məhşur Big Ben saatı hündürlüyündə olması gözlənilən və SP1 adı verilən asteroidin 3 oktyabr tarixində  dünyaya  ən yaxında məsafən keçəcəyi bildirilib.

 Məsafənin, dünya ilə ay arasındakı məsafədən 15 qat çox olacağı bilinib.

 Asteroidin dünya üçün heç bir əks təsiri olmayacağı əlavə olunub.


Şəlalə Ağayeva