Əfsanəvi dizayner 82 yaşında altıncı dəfə ata oldu
    • 9-03-2023, 12:38
    • 164

Əfsanəvi dizayner 82 yaşında altıncı dəfə ata oldu

Əfsanəvi dizayner Roberto Kavalli 82 yaşında altıncı dəfə ata olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 500 milyon dollar dəyərində sərvəti olan italyan modelyerinin əvvəlki iki evliliyindən beş övladı var.

R.Kavallinin sonuncu övladını 38 yaşlı keçmiş isveçli model Sandra Nilsson dünyaya gətirib.

“Novella 2000” jurnalına yeni doğulan körpə haqqında danışan Kavalli, İkinci Dünya Müharibəsinin sonunda nasistlər tərəfindən güllələnən atasının şərəfinə uşağa Corcio adını verdiyini qeyd edib.

Teymur MƏMMƏDOV