-
- 26-10-2024, 10:42
- 1 081
Tuneldə vətəndaşların boğularaq ölməsi hadisəsi ilə bağlı MƏLUMAT - RƏSMİ
Baş Prokurorluq paytaxtda tuneldə vətəndaşın boğularaq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb.
News24.az xəbər verir ki, məlumatda Sabunçu keçidində yağış suları ilə dolu tuneldə 2 nəfərin cəsədinin aşkar edildiyi bildirilib.
“Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, - məlumatda açıqlanıb.