-
- 26-10-2024, 23:00
- 336
Avtomobil yolları niyə çökür? (AÇIQLAMA)
"Yağışlı yollarda avtomobul hərəkət edən kimi yol çökür".
News24.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspert asfaltın altının normal şəkildə bərkidilmədiyini qeyd edib:
"Müəyyən materallar tökülməlidir, sonra onun üstündə ağır texnikalar işləməlidir. Bunlar səhər qazır, axşam da asfalt vurur, vəssalam. Ona görə də heç bir il də getmir".
Ekspert yollar salınarkən müəyyən texniki şərtlərə əməl olunmasının vacibliyini vurğulayıb:
"Təəssüflər olsun ki, bu gün yollar salınarkən həmin şərtlərin heç birinə əməl olunmur. Yolların çəkilməsi bir neçə qurumun səlahiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti, eyni zamanda rayon icra hakimiyyətləri, bələdiyyələr və ümumi respublika üzrə Azərbaycan Avtomobil Dövlət Agentliyi... Bu qurumların biri yolu peşəkar, digəri isə qeyri-peşəkar çəkir. Tender elan edilir, işlər müsabiqə yolu ilə podratçı şirkətlərə həvalə edilir. Şirkət var vicdanlı işləyir, şirkət də var az yeyintiyə yol verir".
Elməddin Muradlı yollar çəkilərkən asfaltın satıldığını xüsusu qeyd edib:
"Kəsilən hissə hansısa deputatın, məmurun qapısına gedir. Nəticədə ümumi yola vurulan asfalt nazik bir təbəqə olur".
Qeyd edək ki, son dövrlər yeni çəkilən yollarda çökmə halları müşahidə edilir. Son belə hadisə Nizami rayonu, Rüstəm Rüstəmovdə baş verib. Sakinlər çökəmn yolun yeni asfaltlandığını bildiriblər. "Gəldilər, asfalt vurdular, amma asfalt vuranda altına gil verməzlər. Burada görünən işlər göz qabağındadır. Gilin üzərinə asfalt vurandan sonra, əlbəttə, çökəcək", deyə sakinlər bildirib.
Maraqlıdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sözügedən ərazidə problemə səbəb kimi bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntını göstərib.