-
- 27-10-2024, 11:07
- 869
Tanınmış jurnalist Mahir Emreli ilə bağlı sirri açdı
Almaniyalı idman jurnalisti Niko Celev Mahir Emrelinin keçmiş həyatında atdığı bəzi addımlardan bəhs edib.
Offsideplus.az xəbər verir ki, Celev millimizin futbolçusunun bir zamanlar Mədətov soyadını daşımasına və sonra dəyişmə səbəbinə toxunub:
"Bunu Almaniyada bilmirlər, amma Mahirin kiçik bir sirri var. Azərbaycanlı ilk qollarını Mədətov soyadı ilə vurub. Emreli onun anasının soyadıdır. O, 2019-cü ildə atasının başqa qadınla ailə həyatı qurmasına qarşı çıxıb və etiraz əlaməti olaraq soyadını dəyişib. Qeyri-adi addımdır, amma qanuni dəyişiklikdir. Mahir isə adı nə olursa, olsun çox yaxşı formadadır".
Qeyd edək ki, həmyerlimiz "Nürnberq"in heyətində artıq ikinci qoluna da imza atıb.