"Ailə başçısıyam, Ayişə həm bacım, həm də artıq qızımdır..." Atasının soyadından imtina edən MAHİR EMRELİ
    • 13-06-2019, 17:15
    • 3 551

"Ailə başçısıyam, Ayişə həm bacım, həm də artıq qızımdır..." Atasının soyadından imtina edən MAHİR EMRELİ

“Qarabağ”ın oyunçusu Mahir Emreli bacısı Ayişə Emreliyə doğum günü keçirib.

News24.az Axşam.az-a istinadən xəbər verir ki, futbolçu bacısının 20-ci yaş günündə ilk dəfə ailə başçısı kimi çıxış edib:
“Öyrəşmədiyimə görə ailə başçısı kimi söz demək çətindir. Amma biz həyatımızda yeni etapa başlamışıq. Burada olan hər kəs üçün bu, sirr deyil. Ayişə həm bacım, həm sirdaşım, bundan sonra da qızımdır. Çünki Ayişə də şəxsiyyət vəsiqəsində “Emreli” soyadını daşıyacaq”.

Qeyd edək ki, Mahirin atası prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan rəsmən boşanmamış, Samirə adlı makiyaj ustası ilə nişanlanıb. Bu hadisə isə ailədə qalmaqalın yaranmasına, Mahir və Ayişənin soyadlarını “Mədətov”dan “Emreli”yə keçirməsinə səbəb olub.