-
- 27-10-2024, 14:22
- 302
Nikol dayanmır: 5 saata 100 km yol sürdü
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün də velosiped sürərək, 100 km məsafəni 5 saata qət edib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Paşinyan özü sosial şəbəkədə paylaşım edib.
“İrəvan, Uluxanlı, Vedi, Qəmərli və əks istiqamətdə. Bununla belə, vacib olan odur ki, bu gün yeni ideya yaranıb, biz gələn il Mehridən Ləmbəliyə velosiped səfəri məsələsini müzakirə edirik. Bu fikri bölüşmək qərarına gəldik ki, xaricdən gəlib iştirak etmək istəyənlər varsa, vaxt etsinlər. Yaşasın velosiped!” - Paşinyan qeyd edib.