Şaiq Məmmədovun cansız bədəni TAPILDI
    • 27-10-2024, 21:20
    • 1 142

Şaiq Məmmədovun cansız bədəni TAPILDI


Ötən gün Samur Abşeron su kanalının Siyəzən rayonu Eynibulaq kəndi yaxınlığından keçən hissəsində suda kişi meyidi aşkarlanıb.

News24.az shimal.News-a istinadla xəbər verir ki, əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bu gün səhər saatlarında cəsədi sudan çıxartmaq mümkün olub.

Məlum olub ki, cəsəd 21 yaşlı Siyəzən sakini Şaiq Məmmədova məxsusdur. O, Bədən Tərbiyəsi və İdman Akademiyasının sonuncu kurs tələbəsidir.

Həmin gənc özünü kanala atdığı deyilir. Onun qeyimi də su kanalının həmin ərazisində tapılıb.

Hazırda faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, son bir ayda artıq ikinci Siyəzənli tələbənin meyiti Samur Abşeron su kanalında aşkarlanıb. Sentyabrın 30-da Siyəzən sakini olan 22 yaşlı Mahmud Məlikovun da cəsədi Samur Abşeron kanalında tapılıb. O isə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi idi.