Miri Yusif  doğum gününü şəhid ailələri ilə keçirdi - FOTO
    • Bu gün, 11:48
    • 63

Miri Yusif doğum gününü şəhid ailələri ilə keçirdi - FOTO

Xalq artisti Miri Yusif doğum gününü şəhid ailələri və sevənləri ilə qeyd edib. 

News24.az xəbər verir ki, sənətçi özəl gününü öncə şəhid ailələri və fan klubunun üzvləri ilə keçirib. Müğənni sevilən mahnılarını səsləndirib, imzalı albomunu hədiyyə edib və xatirə fotoları çəkdirib. 

Axşam saatlarında isə Miri Yusif şəhər restoranlarının birində konsert proqramı ilə çıxış edib. Sevənləri burada da Xalq artistini yalnız buraxmayıb. Müğənni konsertdə dillər əzbəri olan mahnıları ilə yanaşı yeni albomundan hitlər ifa edib. 

Miri Yusifi dinləməyə gələnlər arasında teleaparıcı Tural Əsədov, həyat yoldaşı, bloqerlər Aynişan Quliyeva, Nigar Quliyeva da yer alıb.