İstanbulda mühüm görüş
    • Bu gün, 12:05
    • 121

İstanbulda mühüm görüş

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

News24.az xəbər verir ki, 10-cu turda "Qalatasaray" əzəli rəqibi "Beşiktaş"ı qəbul edəcək.

"Rams Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Komandalar Superliqa tarixində 133-cü dəfə üz-üzə gələcəklər. Meydan sahibləri 50, "Qara qartallar" 39 görüşdə qələbə qazanıb. 43 dueldə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, "sarı-qırmızılar" 9 görüşdən sonra 25 xalla liderdir. 8 oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.