İstanbul derbisi yenə "sülh"lə bitdi
    • 7-05-2022, 22:55
    • 375

İstanbul derbisi yenə "sülh"lə bitdi

Türkiyə Superliqasının 36-cı həftəsində “Qalatasaray” avrokuboklara yollanmaq uğrunda mübarizə aparan “Başakşehir”in qonağı olub.

İstanbulun Başakşehir stadionunda oynanılan qarşılaşmada qalib müəyyən edilməyib - 0:0.

Qeyd edək ki, hazırda 13 qələbə, 9 heç-heçə və 14 məğlubiyyətdən sonra “Qalatasaray” 48 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.

“Başakşehir” isə 18 qələbə, 7 heç-heçə və 11 məğlubiyyətdən sonra 61 xal toplayaraq 4-cü pillədədir.

Xatırladaq ki, mövsümün ilk yarısında iki komanda arasında keçirilən qarşılaşma 1-1 hesabı ilə bitib./Publika.az/