-
- 28-10-2024, 15:29
- 443
Kim Kardaşyanın son halı müzakirəyə SƏBƏB OLDU - FOTOlar
Keçən həftə 44 yaşı tamam olan Kim Kardaşyan Los-Ancelesdəki Akademiya Muzeyi Qalasında çıxışı ilə çox danışılıb.
News24.az xəbər verir ki, Kardaşyanın üzündə heç bir prosedur etmədiyini deməsindən sonra britaniyalı estetik həkim Dr. Jonny Betteridge də mübahisəyə daxil olub. Betteric, Kardaşyanın böyük ehtimalla üz gərmə əməliyyatı etdirdiyini bildirib.
Bəzi sosial media istifadəçiləri Kim Kardaşyanın demək olar ki, heç bir qocalma əlaməti göstərmədiyini iddia etsə də, Dr. Jonny Betteridge mövzu ilə bağlı bunları söyləyib:
"Üzünün necə gərgin və yuxarı çevrildiyini görə bilərsiniz. Düşünürəm ki, o, ponytail facelift (at quyruğu üz gərmə) əməliyyatı etdirib. Prosedur qulağın arxasındakı saç xətti üzərində aparılıb".
Qeyd edək ki, ponytail facelift daha gənc və təravətli görünüş əldə etmək üçün tez-tez seçilən plastik cərrahiyyə üsuludur.
Bu prosedur üzün yuxarı hissəsindəki dəri və əzələləri qaldıraraq, göz, qaş və alın nahiyəsində daha sıx bir görünüş təmin edir. Adətən orta yaşlı və ya yaşlı insanlarda aparılır, lakin bəzi hallarda gənclər də bu prosedura üstünlük verə bilər.
Günel Məlikzadə