Sərnişin qatarı beton nasosa ÇIRPILDI: Ölən və yaralananlar var
    • 28-10-2024, 15:35
    • 330

Sərnişin qatarı beton nasosa ÇIRPILDI: Ölən və yaralananlar var

Türkiyədə saat 13.20-də Tatvan-Elazığ marşrutu ilə hərəkət edən Van Gölü Ekspressi Muşda dəmir yolunda işlədiyi iddia edilən qarışdırıcı beton nasosunu vurub.

News24.az Ntv-yə istinadən xəbər verir ki, baş verən qəzada maşinist Əli Akgül hadisə yerində ölüb, iki maşinist isə yaralanıb.

Zərbənin gücündən qatarın sürüklədiyi beton nasos relslərin kənarındakı elektrik dirəyinə dəyib.

Qəzanın ardından bölgəyə təcili yardım, jandarma və polis qrupları sövq edilib.

Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardımla Muş Dövlət Xəstəxanasına aparılıb.

Sərnişin qatarı və beton nasosu zədələnib və dəmir yolu qısa müddətlik nəqliyyata bağlanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə