Bakıda sürət qatarı adamı vuraraq öldürüb
    • 12-10-2022, 10:45
    • 286

Bakıda sürət qatarı adamı vuraraq öldürüb

Bakıda sürət qatarı adamı vuraraq öldürüb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb.

Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşıma Departamentinə məxsus "Stadler- EŞ- 019" saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.