Dünyanın ən bahalı gəlinliyi hansı şahzadəyə məxsusdur?
    • 28-10-2024, 23:34
    • 860

Dünyanın ən bahalı gəlinliyi hansı şahzadəyə məxsusdur?

Dünyanın ən bahaı gəlinlik libasının qiyməti 8 milyon dollardan bahadır.

News24.az Lent.az-a istinadlaxəbər verir ki, bu libas 2004-cü ildə İspaniya kraliçası Letisiya üçün hazırlanıb.

Letisiya gəlinlik paltarının yaradılmasını Pertegaz moda evinə həvalə edib. İspan moda evi kraliçanın paltarı üçün zanbaq və buğda sünbüllərini bədii şəkildə təsvir edən mürəkkəb yaxalıqlı,bir bütöv parçadan tikilmiş mirvari rəngli gəlinlik tikdi. Onun ətəyinin uzunluğu 4,5 metr, ümumi çəkisi 7 loıpqram idi. Paltarın yaxalığı və ətəyi yonca yarpaqlarını təsvir edən qızıl tikmələrlə örtülmüşdür.

Kraliçanın toy günü taxdığı brilyant qaşlı tac 1913-cü ildə Prussiya şahzadəsi Viktoriya Luiza üçün toy hədiyyəsini Koch adlı alman zərgər hazırlayıb. Tiara müxtəlif vaxtlarda yunan və ispan kral ailələrinin nümayəndələri tərəfindən taxılıb.

Letisiyanın gəlin buketindəki bütün çiçəklərin öz simvolik mənası var idi. Beləliklə, qızılgüllər - may ayının şərəfinə, portağal çiçəyi - Barselona qrafinyasının şərəfinə, zanbaqlar Burbon sülaləsini, alma çiçəkləri Avstriyanı, buğda sünbülləri məhsuldarlığı simvollaşdırırdı.