CeyLo toyunda üç gəlinlik dəyişib - FOTO
    • 24-08-2022, 11:19
    • 393

CeyLo toyunda üç gəlinlik dəyişib - FOTO

Xəbər verdiyimiz kimi, Cennifer Lopez ilə Ben Afflekin təmtəraqlı toy məclisi keçirilib. 

News24.az xəbər verir ki, ifaçı “On The Jlo” bloqunda toyundan yeni fotolar yayımlayıb.

Məlum olub ki, CeyLo toyunda üç gəlinlik dəyişib. Onların hər biri məşhur gəlin üçün amerikalı dizayner Ralf Loren tərəfindən hazırlanıb. Gəlinliklərin hamısı əl işidir.

“Daily Mail” qeyd edir ki, hər libasın qiymətin 1 milyon dollardan (1,7 milyon AZN) çox ola bilər.