“Geyimlərim 150 kvadratlıq bina evinə sığmaz”
    • 28-10-2024, 23:59
    • 493

“Geyimlərim 150 kvadratlıq bina evinə sığmaz”

"Bir torpağım vardı. Onu da oğurladılar. O torpağı üç nəfər apardı. Hansının vicdanı varsa o da bilir. Olan - qalanım o torpaq idi o da getdi. Əlimdə nə var idisə ona da övladıma ev aldım. Onun 34 yaşı var. Uşaqlarımın hamısına ev almışam. Biz çöldə, çəpərdə qalmamışıq".

News24.az olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi bildirib ki, həm həm həyət evi həm də binaların birində mənzili var:

"Ağlamaq istəmirəm. Nə pul var idisə ona da həyət evi aldım. O qədər geyimlərim var ki, onları bina evinə yerləşdirə bilməzdim. 6 qapılı dolabım var. Amma hələ də digər evimdən paltarlarımı gətirə bilməmişəm. Yalnız səhnə geyimlərdir. Heç kimə onlar lazım deyil. Həyət evimdə qarderob otağım var. Amma o da mənə çatmır Mən 150 kvadrat metrlik binada evdə alsaydım o mənə yetərli olmayacaqdı. Mənim həyət evimdən başqa bina evimdə var. Yəni mən o binada olan evimi qarderob etməmişəm. Sadəcə orada çoxsayda geyimim vardı və necə yolda tıxac olur o mənzildə də paltar əlindən tıxac vardı".