Avtomobillə üç yaşlı uşağı vurdu, canına qəsd etdi
    • Bu gün, 18:15
    • 198

Avtomobillə üç yaşlı uşağı vurdu, canına qəsd etdi

İstanbulda küçədə anasının yanında oynayan 3 yaşlı uşağı vuraraq öldürən sürücü, avtomobilində canına qəsd edib.

News24.az xəbər verir ki, Esenyurtda baş verən hadisədə yük firmasının sürücüsü Erdal Ç, küçədə anası ilə oynayan üç yaşlı Ö.K. adlı oğlana dəyib. 

Kiçik uşaq hadisə yerində həyatını itirərkən, sürücü Erdal Ç. maşını ilə qaçıb.

Bölgədən uzaqlaşan Erdal Ç. avtomobilini kənara çəkərək içəriyə kilidlənib və canına qəsd edib. Bölgə sakinlərinin xəbəri üzərinə hadisə yerinə çoxlu sayda polis qrupları göndərilib. 

Polis araşdırmalarını davam etdirir.

Məryəm İlhamqızı