-
- 29-10-2024, 08:31
- 2 740
Tanınmış müxbir döyüldü, xəstəxanalıq oldu
Futbol matçından sonra tanınmış müxbir döyülüb.
News24.az Söz.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş tutan “Galatasaray”-“Beşiktaş” oyunu bitdikdən sonra baş verib.
Superliqanın 10-cu həftəsində "Qalatasaray" öz meydanında "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edib.
Matçdan sonra "Beşiktaş"ın vitse-prezidenti Hüseyn Yücel və Futbol Şöbəsinin müdiri Feyyaz Uçar mətbuata açıqlamalar verib. Daha sonra isə stadiondan kənarda sözügedən arzuolunmaz hadisə yaşanıb.
“Qalatasaray”ı izləyən müxbir Emre Kaplan “Beşiktaş”ın menecerləri ilə birlikdə stadionu tərk edən şəxs tərəfindən döyülüb.
Bildirilib ki, təcili yardımla xəstəxanaya çatdırılan Kaplanın burnundan və yanağından yumruq zərbəsi aldığı bəlli olub. Emre Kaplan ona qarşı şiddət göstərən şəxsdən polisə şikayət edib.
Hadisəni törədən şəxsin saxlanılacağı bildirilib.