Dövlət Xidmətləri Forumu başa çatdı VİDEO
    • 26-06-2019, 15:15
    • 602

Dövlət Xidmətləri Forumu başa çatdı VİDEO

Bakıda 24-26 iyun tarixlırində keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu öz işinə yekun vurub. Bununla bağlı media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

News24.a
z-ın xəbərinə görə, tədbirdə forumun yekunları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib. 

O, qeyd edib ki, forumda 100 -dən artıq ölkənin və 800-dən artıq nümayəndələri iştirak edıb. Forum müddətində 9 ayrı- ayrı mövzular üzrə sessiyalar və xüsusu 3 panelin müzakirələri keçirilib. Bundan əlavə forum çərçivəsində Dövlət Xidməti göstərən qurumların Beynəlxalq "ASAN Asossasiyası" təsis olunub. Hər il bu forumda BMT Dövlət -Xidmətləri sahəsində ayrı-ayrı konsepsiyaları, modelləri mükafatlandırılır. BMT tərəfindən bu Forum çərçivəsində 11 ölkə mükafatlandırılıb. Eyni zamanda, Azərbaycan da xüsusi mükafata layiq görülüb. Bu, müsabiqədənkənar bir mükafat idi. Azərbaycan Dövlət Xidmətləri sahəsində müasir texnologiyaların və innovasiyaların uğurlu tətbiqini təmin edə bilib. Bu amil BMT tərəfindən yüksək qiymətləndirilib.

Konfransın sonunda jurnalistlərin suallarını cavablandıran Ülvi Mehdiyev onu da qeyd ebib ki, foruma iki aspektdən yanaşmaq lazımdır:" Bu BMT- nin forumunda əldə olunanlar, eyni zamanda dövlət xidmətıəri sahəsindəki aktual məsələləri və problemləri müzakirə edən bir formatdır. Forum çərçivəsində dünyanın 4 bir tərəfindən ölkələrin qərarverici şəxsləri və həmin sahələr üzrə araşdırma aparan institutların rəhbərləri iştirak ediblər. Bu Forumun Azərbaycan üçün əhəmiyyətinə gəlincə, həm gözlənilən, həm də gözlənilməz tədbir oldu. Belə ki, BMT səviyyəsində Azərbaycanın dövlət xidmətləri, gördüyü işlərin, əldə etdiyi nəticələrin tanınması və qiymətləndirilməsi deməkdir. Bu BMT-yə üzv olan ölkələr arasında Azərbaycanın nümunə göstərilməsi deməkdir. Ümumilikdə, ASAN Xidmət 2015 -ci ildə BMT tərəfindən mükafatlandırılıb. BMT- yə üzv ölkələrə tövsiyə olunurdu ki, bu uğurlu təcrübədən bütün ölkələr faydalansın. İndi biz ASAN Xidmətin ikinci -elektron hökumət praktik xidmətlər mərhələsinə keçid etmişik. Bunun adı da "My Gov" konseptidir. BMT bu konsepti də yüksək qiymətləndirib. Bu konseptin də digər dövlətlərə, Azərbaycanda olduğu kimi aparılmasını tövsiyə edilib. Forumda iştirak edən 800 qonaq Azərbaycanda bu sahədə aparılan islahatlarla əyani tanış ola biliblər". 

Tədbirdə həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhsil və Təhqiqat Mərkəzinin icraçı direktoru Nixil Set də forumla bağlı fikirlərini bölüşüb. O bildirib ki, hər hansı tədbiri qiymətləndirərkən iki elementə fikir vermək lazımdır: "Birinci təşkilatı və iştirakçılıqla bağlı olan məsələdir. Mən 30 il ərzində BMT tədbirlərinin keçirilməsi ilə məşğil olmuşam. Və demək istərdim ki, Azərbaycan tərəfi forumun təşkili ilə bağlı fantastik göstərici ortaya qoydu. 

Tədbirdə 20-30 xarici nazir və 800 -dən artıq nümayəndə ölkələri təmsil edirdi. Forumin təşkilatı baxımdan misilsiz idi. Azərbaycanda olmaq və Bakıda 'ASAN "-nı görmək, bu xüsusilə inkişafı az olan, yoxsul ölkələr üçün çox vacibdir. Həmçinin bu, Azərbaycanda işləyən ən gözəl modeldir".  

Afaq Mirayiq