“Ucuz ətin şorbası olmur”
    • 29-10-2024, 13:30
    • 245

“Ucuz ətin şorbası olmur”

"Qiymət və keyfiyyət bir-birilə bağlıdır. Qiymət keyfiyyətə nəzarətin fəaliyyətlərindən biridir".

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna dəyişiklik olunmasına münasibət bildirərkən deyib.

"Təbii ki, bu bazar iqtisadiyyatına zidd deyil. Ucuz mala şübhəli münasibət formalaşıb. Orta qəbul edilmiş qiymətdən aşağı olan malı alan olmur. Hər bir malın hazırlanması, onun texnologiyalara uyğun şəkildə istehsal olunması üçün müəyyən qədər xərclər çəkilməlidir.

Ona görə də hər malın yoxlanması mümkün olmadığından, qiymət amilindən malın keyfiyyətinə nəzarət kimi istifadə edilir. Azərbaycanda bununla bağlı məşhur bir ifadə var: "ucuz ətin şorbası olmur". Güman edirəm ki, bu qanun layihəsi istehlakçılarının hüquqlarının qorunması məqsədinə xidmət edir", - deyə Ə.Əhmədov bildirib.

Spiker Sahibə Qafarova müzakirələr zamanı əlavə edib ki, 1 manatlıq içki əslində zəhərdir.

"Biz xalqı təmsil edirik. Camaat arasında maarifçilik işi aparmaq lazımdır. Dediniz 1-3 manatlıq içkilər var. bunu camaat içir. 1 manatlıq içki əslində zəhərdir. Bununla bağlı camaatı maarifləndirməliyik".