-
- 23-02-2021, 12:09
- 629
Hərbçilərin maaşları ilə bağlı məsələ MM-də QALDIRILIB
“Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra hərbçilərə verilən maaşlarla bağlı radikal dəyişiklik edilib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyindən bununla bağlı açıqlama verilib: “Ancaq nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.
Spiker Sahibə Qafarova bildirib ki, hazırda Qarabağ döyüş bölgəsi deyil.
Deputat Ziyafət Əsgərov isə bildirib ki, hərbçilərin maaşı ilə bağlı məsələ yeni hazırlanan qanun layihəsində əksini tapacaq: "Müvafiq qurumlarla da müzakirələr aparılır. Qanun layihəsi hazırlandıqdan sonra təqdim edəcəyik”.
Z. Əsgərov deyib ki, bu məsələ “Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində əksini tapacaq. /APA/