-
- 30-10-2024, 06:00
- 1 420
Onlayn əmək müqaviləsi necə imzalanır?
Onlayn əmək müqaviləsi necə imzalanır?
News24.az Oxu24.com-a istinadla xəbər verir ki, İşəgötürən tərəfindən tərtib olunaraq işçiyə ötürülən əmək müqaviləsi “Əmək və Məşğulluq” altsisteminə yerləşdirilir.
Vətəndaş müqaviləni imzalamaq üçün aşağıdakı addımları atmalıdır:
• ƏMAS platformasında şəxsi kabinetə daxil olur;
• “Onlayn əmək müqaviləsi” başlığına klik edib, “Onlayn əmək müqaviləsi reyestri” daha sonra “Təsdiq gözləyən əmək müqavilələri” bölməsinə keçid edir;
• Açılan bölmədə müqavilə ilə tanış olduqdan sonra onu imzalaya, imtina edə və ya geri göndərə bilər;
• İmzalamaq istədikdə növbəti bölməyə keçid edərək rəqəmsal imzalarla müqaviləni imzalamış olur.