Bakıda mebel sexi yandı
    • 27-06-2019, 10:16
    • 878

Bakıda mebel sexi yandı

Bakıda mebel sexində yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi rayonunda üçmərtəbəli binanın (hər mərtəbəsi 630 m², 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.