Ötən gün narkotiklə əlaqəli 15 fakt qeydə alınıb
    • 27-06-2019, 10:05
    • 581

Ötən gün narkotiklə əlaqəli 15 fakt qeydə alınıb

İyun ayının 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub 

   

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.