Ötən gün narkotiklə əlaqəli 12 fakt müəyyən edilib
    • 24-04-2019, 10:21
    • 1 078

Ötən gün narkotiklə əlaqəli 12 fakt müəyyən edilib

Aprel ayının 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistiksı açıqlanıb.
   
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
    
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.