-
- 30-10-2024, 13:37
- 646
Əməliyyat olunan aktyordan xəbər var - Çox çətin bir proses idi
Yeşilçamın usta aktyoru Nuri Alço əməliyyat olunub. Usta aktyorun son durumunu həyat yoldaşı Burcu Alço sosial media hesabından açıqlayıb.
Əskişəhərli usta aktyor Nuri Alço bir müddətdir ki, səhhətində problemlər yaşayır. Ötən aylarda beyin qanaması keçirən Alço bağırsaq obstruksiyası səbəbindən təcili əməliyyata götürülüb.
News24.az xəbər verir ki, Alçonun həyat yoldaşı Burcu Alço sosial media hesabındakı paylaşımla ustadın son durumu ilə bağlı məlumat paylaşıb:
"Sevgili həyat yoldaşım çox riskli əməliyyat keçirdi. Çox çətin bir proses idi. Hazırda reanimasiyadadır. Qəhrəman həkimlərimizin sayəsində onun vəziyyəti normaldır".
Günel Məlikzadə