PFL prezidenti: "Hamımız yolda yatmışdıq"
    • 30-10-2024, 13:55
    • 255

PFL prezidenti: "Hamımız yolda yatmışdıq"

Hamımız yolda yatmışdıq, qəza anında oyandıq. 

News24.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ötən ilin dekabrında Xankəndindəki qəza barəsində "Report"a danışarkən deyib: "Bildiyiniz kimi, Xankəndidə tədbirimiz oldu. Azərbaycan Kubokunda "Qarabağ" - MOİK matçına hazırlaşırdıq. Bununla məşğul idik. İşlərimiz çox idi. Bu səbəbdən qərara gəldik ki, Bakıdan gecə yola çıxaq. Hamımız yolda yatmışdıq, qəza anında oyandıq. Həmin anları çox xatırlamaq, bu barədə danışmaq istəmirəm. Həqiqətən çox ağır qəza idi".

Qeyd edək ki, 1 ilə yaxın xəstəxanda mualicə alan Elxan Səmədov bir müddətdir ki, işinin başına qayıdıb.