Ağdamda qəzaya düşən PFL prezidenti Türkiyəyə gedəcək
    • 26-12-2023, 17:00
    • 248

Ağdamda qəzaya düşən PFL prezidenti Türkiyəyə gedəcək

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcək.

News24.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Liv Bona Dea” Hospitalın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Peşəkar Futbol Liqasının qəzada xəsarət alan prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyevin vəziyyəti yaxşıdır:

“Onların müalicələri uğurla davam etdirilir. Elxan Səmədov müalicəsini öz istəyi ilə Türkiyədə davam etdirəcək”.

Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev isə məlumat verib ki, qəzada xəsarət alan Peşəkar Futbol Liqasının texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov artıq işini davam etdirir. 

Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində avtoqəzaya düşmüşdülər. Qəza nəticəsində altı nəfər xəsarət almışdı.