-
- 30-10-2024, 17:46
- 307
27 yaşlı qadının faciəli ölümü: "Qiyamətdə görüşərik"
Oktyabrın 20-də Ankarada atçılıq təlimçisi Semanur Arslan dostu Ferhat D.-nin (43) 43-cü mərtəbədəki evin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.
News24.az xəbər verir ki, evdə olan Ferhat D. və Ezgi Ö. (31) nəzarətə alınaraq ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Ferhat D. Semanur Arslanı tanımadığını, hadisə zamanı başqa otaqda olduqlarını və çölə çıxanda onu görə bilmədiklərini iddia edib.
Ezgi Ö. isə Arslanın sevgilisi ilə problemləri olduğunu və hər an ağladığını iddia edib.
Qeyd edək ki, Semanur Arslanın ölümü ilə bağlı aparılan araşdırma zamanı onun şifrəli mobil telefonunda qeyd aşkarlanıb. Arslanın qeydində bu ifadə yer alıb:
"Hər kəs günahkardır. Hər kəsi öz vicdanı ilə baş-başa buraxıram. Qiyamət günü görüşərik".
Onu da bildirək ki, ilkin yarılma hesabatında Arslanın hündürlükdən yıxılaraq öldüyü bildirilib. Ətraflı yarılma və toksikoloji hesabatları gözlənilir.
Polisin indiyə qədər apardığı araşdırmada qətl iddiaları ilə bağlı heç bir dəlil əldə edilməyib.
Günel Məlikzadə