-
- 31-10-2024, 19:25
- 429
Günəbaxan, ya zeytun yağı?
"Günəbaxan yağı ürək-damar xəstəlikləri riskini azaldır"
News24.az medianews.az-a istinadən xəbər verir ki, bunu terapevt, diyetoloq İrina Nikulina deyib.
Nikulina deyib ki, bir xörək qaşığı günəbaxan yağında gündəlik E vitamini dozasının 30 faizi var. Hansı ki, bu vitamin dərinin sağlamlığı, elastikliyi və yaxşı rəngi üçün əsasdır. Həkim əlavə edib ki, günəbaxan yağında zeytun yağından 2,5-3 dəfə çox vitamin var.
Bundan əlavə, həkimin qeyd etdiyi kimi, günəbaxan yağı immunitet sistemini dəstəkləyir və ürək-damar xəstəlikləri riskini azaldır. O izah edib ki, E vitamini çox güclü antioksidantdır və ürək-damar sistemində də daxil olmaqla bütün iltihabi reaksiyaların əsasını təşkil edən bütün oksidləşdirici stressi boğur.