Yumurta saxlayarkən ümumi bir SƏHV
    • 1-11-2024, 01:02
    • 2 186

Yumurta saxlayarkən ümumi bir SƏHV

Ekspert Polina Kulaç deyir ki, yumurtaları soyuducunun qapısında saxlamaq yaxşı fikir olmaya bilər.

News24.az medianews.az-a istinadən xəbər verir ki, Kulaçın sözlərinə görə, hər dəfə soyuducunun qapısı açılanda içindəki yeməklər temperaturun dəyişməsinə məruz qalır.

Belə qeyri-sabit şərtlər, onun fikrincə, keyfiyyətin və saxlama müddətinin azalmasına səbəb olur.

“Bundan əlavə, temperaturun tez-tez dəyişməsi sağlamlıq üçün potensial təhlükə yaradan bakteriyaların çoxalmasına kömək edə bilər”, – ekspert xəbərdarlıq edib.

Mütəxəssis soyuducunun daxili kamerasında yumurta saxlamağı daha etibarlı üsul adlandırıb. Onun sözlərinə görə, bu yolla yumurtanın icazə verilən istifadə müddətini artırmaq, həmçinin onların qapını açıb-bağlayan zaman baş verə biləcək zədələnməsinin qarşısını almaq olar.