Yumurtaları bu üsulla QAYNADIN
    • 11-09-2024, 22:38
    • 572

Yumurtaları bu üsulla QAYNADIN

Yumurta qaynatmaq kənardan kifayət qədər sadə görünsə də, öz çətinlikləri var. Yumurtaların qaynadılması zamanı səhv üsullar bişirilərkən yumurtanın çatlamasına və beləliklə də istənilən kimi bişirilməməsinə səbəb olur. 

News24.az yumurtanın təbii qaynadılması üsullarını təqdim edir:

Otaq temperaturunda saxlamaq: Yumurta qaynadarkən ən çox edilən səhv yumurtanı soyuducudan soyuq şəkildə götürüb birbaşa qaynatmaqdır. Bu vəziyyət ani temperatur dəyişiklikləri səbəbiylə yumurtanın çatlamasına səbəb olur. Yumurtaları qaynamazdan əvvəl bir neçə dəqiqə otaq temperaturunda saxlasanız və sonra qaynatmağa başlasanız, yumurta çatlamadan bişəcək.

Diş çubuğu üsulu: Yumurtaları qaynatmaq üçün hiylə olan təbii üsullardan biri də diş çubuğu üsuludur. Yumurtanı qaynadarkən suya diş çöpü qoysanız, yumurta çatlamadan qaynayacaq. Bu üsulu tətbiq etmək üçün yalnız 2 diş çubuğundan istifadə etməlisiniz.

Duzdan istifadə: Yumurtaların qaynadarkən çatlamaması üçün başqa bir üsul duzdan istifadə etməkdir. Yumurtanı qaynadarkən bir çimdik duz əlavə etdiyiniz zaman qabığını yumşaq saxlamağa kömək edir, bişirərkən çatlamanın qarşısını alır. Bu yolla heç vaxt çatlamayan yumurtaları qaynada bilərsiniz.

Məryəm İlhamqızı