2018-ci ildən qadağan olunmuşdu - İndi isə...
    • 1-11-2024, 03:35
    • 314

2018-ci ildən qadağan olunmuşdu - İndi isə...

Kərə yağının bahalaşması, çatışmazlığının yaranması fonunda Rusiya hökuməti əvvəllər bu məhsulun idxalına icazə vermədiyi ölkələrlə bağlı qadağanı aradan qaldırıb. Söhbət kərə yağının iri ixracatçıları olan Hindistan və İrandan gedir.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, cari ildən hər iki ölkədən kərə yağı idxalına icazə verilib: “Hazırda Kənd Təsərrüfatı Nazirliyi xaricdən kərə yağının tədarükünün artırılmasına yönəlmiş tədbirlər həyata keçirir. Gözlənilir ki, ortamüddətli perspektivdə görülən tədbirlər pərakəndə satış qiymətlərinə də təsir göstərməlidir”.

Qeyd edək ki, Rusiya İrandan kərə yağı və digər süd məhsullarının idxalını 2018-ci ildən qadağan edib. Buna səbəb məhsullarda zərərli maddələrin, o cümlədən antibiotiklərin aşkarlanması olub. Hətta ötən il Rosselxoznadzor İrandan kərə yağını alıb başqa qablaşdırma ilə öz məhsulu kimi Rusiyaya reixrac edən Ermənistan şirkətlərinin məhsullarının ölkəyə idxalını da qadağan edib...