Əziz Seyidov vəzifəsindən azad edildi
    • 1-11-2024, 21:12
    • 2 009

Əziz Seyidov vəzifəsindən azad edildi

Ali Məhkəmənin tanınmış hakimi Əziz Seyidov təqaüdə göndərilib.

News24.az bildirir ki, o, uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışıb. Bakı şəhər prokuroru vəzifəsindən azad edildikdən sonra Ali Məhkəmənin hakimi təyin edilmişdi.

Qeyd edək ki, Əziz Seyidov ölkə gündəmində müzakirə edilən çoxsaylı işlərdə son qərar qəbul edib.