-
- 30-08-2023, 10:30
- 551
Məşhur hakim təqaüdə GÖNDƏRİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib.
News24.az-ın məlumatına görə, İradə Həsənzadə yaş həddi ilə bağlı hakimlik səlahiyyətini yekunlaşdırıb.
Xatırladaq ki, 2000-ci ildən hakimlik fəaliyyətinə başlayan İradə Həsənzadə 2007-ci ilə qədər Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi olub. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.